Rodriges Kastro Trampla dialoqa hazırdır

08:24 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Rodriges Kastro ABŞ lideri Donald Trampla dialoqa açıq olduğunu bildirib.

Hafta.az xəbər verir ki, o, Havanada verdiyi müsahibədə istənilən ABŞ nümayəndəsi, o cümlədən Donald Trampla görüşə hazır olduğunu deyib.

Rodriges Kastro siyasətin onun fəaliyyət sahəsi olmadığını, lakin zərurət yaranarsa, ölkəsinə xidmət etməyə hazır olduğunu vurğulayıb. O, həmçinin müəyyən şərtlər daxilində Kubanın "siyasi məhbuslar" kimi təqdim olunan şəxsləri azad edə biləcəyini bildirib.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi may ayında Rodriges Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə "Brothers to the Rescue" təşkilatına məxsus iki təyyarənin vurulması işi üzrə ittiham irəli sürüb./“USA Today”/